Rio-de-Janeyroda avtovağzalda 18 nəfər girov götürülüb, ölənlər var

Rio-de-Janeyroda avtovağzalda 18 nəfər girov götürülüb, ölənlər var

Rio-de-Janeyroda şəhərin mərkəzindəki avtovağzalda 18 nəfər girov götürülüb.

APA xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

HƏmin şəxslər avtobusun içərisində girov saxlanılıb.

Şahidlərin sözlərinə görə, avtobus yaxınlıqdakı Minas Jerais əyalətindəki Huiz de Fora şəhərinə gedirmiş. Kişi iki sərnişini vuraraq öldürüb və avtobusda terminal dayanacağında barrikada qurub.

Zərərçəkənlərdən biri sinə və qarın nahiyəsindən güllə yarası alıb.

Hadisədən saat sonra təcavüzkar polisə təslim olub və bütün girovlar sərbəst buraxılıb.