“Əl-Hilal” futbol klubu ən uzun qələbə seriyasına görə dünya rekorduna imza atıb

“Əl-Hilal” futbol klubu ən uzun qələbə seriyasına görə dünya rekorduna imza atıb

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ardıcıl 28-ci matçda qalib gələrək, ən uzun qələbə seriyasına görə yeni dünya rekorduna imza atıb.

"Birxeber.Az"un məlumatına görə, Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında "Əl-Hilal" Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna 2:0 hesabı ilə qalib gəlib.

Qaliblərin qollarından birini ikinci hissənin əsas vaxtının 5-ci dəqiqəsində “Zenit”in keçmiş futbolçusu Malkom vurub. İlk görüş də 2:0 hesabı ilə “Əl-Hilal”ın xeyrinə başa çatıb.

“Əl-Hilal” 2016/17 mövsümündə ardıcıl 27 rəsmi oyunda qalib gələn Uelsdən olan “Nyu Seynts”in nailiyyətini geridə qoyub.

“Əl-Hilal” Asiya Çempionlar Liqasının yarımfinalında BƏƏ-nin “Əl-Ayn” klubu ilə qarşılaşacaq.