İranda çərşənbə mərasimlərində 14 nəfər ölüb, 3200-dən çox yaralı var - YENİLƏNİB

İranda çərşənbə mərasimlərində 14 nəfər ölüb, 3200-dən çox yaralı var - YENİLƏNİB

İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə ölənlərin sayı artıb.

Birxeber.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi bildirib.

Ölənlərin sayı 14-ə çatıb.

Bildirilib ki, şənliklərdə yaralananların sayı 3200-ü keçib.

Tehran Bələdiyyəsi Xilasetmə Qrupunun sözçüsü Cəlal Mələki açıqlamasında ümumilikdə 6 min 416 təcili çağırış alındığını və yanğınsöndürmə briqadalarının 230 hadisəyə müdaxilə etdiyini bildirib.

***

12.03.2024

Saat 13:49

İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə 10 nəfər ölüb, 424 nəfər yaralanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar təşkilatının rəhbəri bildirib.

Qeyd edilib ki, bu, ötən illə müqayisədə 24% çoxdur.

O da bildirilib ki, 37 nəfərin əzaları amputasiya edilib, 138 nəfərin gözü zədələnib, 196 nəfər isə yanıq xəsarəti alıb.