Çempionlar Liqası: "Barselona" "Napoli"ni məğlub edərək 1/4 finala yüksəlib

Çempionlar Liqası: "Barselona" "Napoli"ni məğlub edərək 1/4 finala yüksəlib

İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” komandalarının qarşılaşdığı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu başa çatıb.

“Birxeber.Az” xəbər verir ki, oyun Barselonadakı “Olympic Lewis Companies” stadionunda baş tutub.

Qarşılaşma “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun ümumi nəticəsinə əsasən"Barselona" "Napoli"yə 4:2 hesabı ilə qalib gəlib.

Oyunda hesabı 15-ci dəqiqədə “Barselona”nın futbolçusu Fermin Lopes açıb. 17-ci dəqiqədə "Barselona"nın müdafiəçisi Joau Kanselu komandasının hesabdakı fərqini 2:0-a çatdırıb. 30-cu dəqiqədə "Napoli"nin müdafiəçisi Amir Rrahmani hesabdakı fərqini azaldıb.

84-cü dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski fərqlənib.

Bu qələbə sayəsində Kataloniya klubu Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazana bilib.

Komandalar arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Oyun Neapoldakı “Dieqo Armando Maradona! stadionunda baş tutub. Matçın 60-cı dəqiqəsində Robert Levandovski hesabı açıb. 75-ci dəqiqədə “Napoli”nin hücumçusu Viktor Osimhen hesabı bərabərləşdirib.