ABŞ Polşaya 3,7 mlrd dollarlıq raketlər satmağı planlaşdırır

ABŞ Polşaya 3,7 mlrd dollarlıq raketlər satmağı planlaşdırır

Birləşmiş Ştatlar ümumi dəyəri təxminən 3,7 milyard dollar olan AGM-158B-2, AIM-120C-8 və AIM-9X raketləri və müvafiq avadanlıqları Polşaya satmağa razılaşıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqona daxil olan müvafiq hökumət departamenti məlumat yayıb. Qurum hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ştatlar arasında əlaqələrin inkişafına, müdafiə sahəsində Vaşinqtonun xarici tərəfdaşlarına maliyyə və texniki yardımın göstərilməsinə cavabdehdir.

Milli qanunvericiliyə uyğun olaraq xarici siyasət idarəsi tərəfindən verilən bu sazişlərin həyata keçirilməsi üçün icazə alınıb. Amerika administrasiyası qərarları barədə artıq Konqresə məlumat verib. İndi ABŞ qanunverici orqanının müqavilələri öyrənmək və ya bloklamaq üçün 30 günü var.