Şuşa ilinə həsr olunmuş “Zəfər meydanı” adlı bədii-musiqili tədbir keçirilib

Şuşa ilinə həsr olunmuş “Zəfər meydanı” adlı bədii-musiqili tədbir keçirilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Şuşa İli ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin və Zirə Mədəniyyət Mərkəzi EKO-PARKın birgə təşkilatçılığı ilə “Zəfər meydanı” adlı bədii-musiqili tədbir keçirilib.

"Birxeber.Az" xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzi EKO-PARKda baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Yazıçılar Birliyi Xəzər rayon şöbəsinin sədri Arif Buzovnalı, rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra tədbir iştirakçılarına Ulu öndər Heydər Əliyevin vaxtı ilə işğal altında olan rayonlarımız haqqında söylədiyi fikir və düşüncələrini, 44 günlük Vətən Müharibəsindən sonra cənab Ali Baş Komandan İlham Əliyevin çıxışlarını, eləcədə Qarabağımızdan görüntüləri əks etdirən videoçarx təqdim edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov iştirakçıları salamlayaraq, şanlı zəfər yolundan danışıb. Bu şanlı zəfəri bizlərə bəxş edən cənab Ali Baş Komandan İlham Əliyev, müzəffər ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizin olduğunu vurğulayıb. Qarabağın döyünən ürəyi sayılan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil olduğunu qeyd edib.

Çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Azərbaycan Yazıçılar Birliyi Xəzər rayon şöbəsinin sədri Arif Buzovnalı bu zəfəri bizlərə yaşadan cənab Ali Baş Komandan İlham Əliyevə və vətənpərvər oğullar yetişdiriklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını bildirərək, cənab Prezident İlham Əliyevin yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoyduğunu, informasiya müharibəsində Azərbaycanın haqq səsi olduğunu, cəsarətlə bütün təzyiqlərə sinə gərərək, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildiyini vurğulayıblar.

Qazi və şəhid ailələri adından çıxış edən qazi Asəf Məmmədli rayon rəhbərliyinə təşəkkür edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib. Tədbirdə rayon fəalları, orta, incəsənət və musiqi məktəblərinin şagirdləri, mədəniyyət işçiləri misiqili konsert proqramı ilə çıxış etdilər, vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan gənc şairlərin qəhəmanlıq mövzusunda şeirləri dinlənilib.

Azərbaycan Milli Dram Teatrının gənc aktyorlarının iştirakı ilə “Şəhid ruhu” eksperemental teatral tamaşasının nümayışi ilə tədbir yekunlaşdı. Sonda xatirə şəkili çəkilib.

Daxili siyasət Daxili siyasət
İtkin düşmüş şəxslərin ailə üzvlərindən götürülən bioloji nümunələrin keyfiyyəti Xorvatiyada yoxlanılıb və müsbət qiymətləndirilib

İtkin düşmüş şəxslərin ailə üzvlərindən götürülən bioloji nümunələrin keyfiyyəti Xorvatiyada yoxlanılıb və müsbət qiymətləndirilib

Daxili siyasət Daxili siyasət
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır

Daxili siyasət Daxili siyasət
Qərbi azərbaycanlılar Ermənistan hökuməti qarşısında irəli sürdüyü tələblərini sənədləşdirib

Qərbi azərbaycanlılar Ermənistan hökuməti qarşısında irəli sürdüyü tələblərini sənədləşdirib

Daxili siyasət Daxili siyasət
"Bizə zəfər sevinci bəxş etdiyinə görə Ali Baş Komandanımıza minnətdarıq" - XALQIN SƏSİ

"Bizə zəfər sevinci bəxş etdiyinə görə Ali Baş Komandanımıza minnətdarıq" - XALQIN SƏSİ

Daxili siyasət Daxili siyasət
Bu gün Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 21 avtomobil keçib

Bu gün Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 21 avtomobil keçib

Daxili siyasət Daxili siyasət
Prezident terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi barədə fərman imzalayıb

Prezident terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi barədə fərman imzalayıb

Daxili siyasət Daxili siyasət
Biləsuvarda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Biləsuvarda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən xeyriyyə oyununa baxırlar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən xeyriyyə oyununa baxırlar

Daxili siyasət Daxili siyasət
Ali Baş Komandan: "Biz öz doğma torpaqlarımıza qayıtmışıq, qan tökərək, şəhidlər verərək"

Ali Baş Komandan: "Biz öz doğma torpaqlarımıza qayıtmışıq, qan tökərək, şəhidlər verərək"

Daxili siyasət Daxili siyasət
Artıq ödənilmiş dövlət rüsumunun qaytarılmasının yeni müddəti müəyyənləşib

Artıq ödənilmiş dövlət rüsumunun qaytarılmasının yeni müddəti müəyyənləşib

Daxili siyasət Daxili siyasət
Türkiyədəki Azərbaycan xilasedicilərinin son qrupu Vətənə qayıdıb

Türkiyədəki Azərbaycan xilasedicilərinin son qrupu Vətənə qayıdıb

Daxili siyasət Daxili siyasət
Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib

Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib