Türkiyə ABŞ-dən İstanbuldakı qəzanın günahkarı olan azyaşlının ekstradisiyasını tələb edib

Türkiyə ABŞ-dən İstanbuldakı qəzanın günahkarı olan azyaşlının ekstradisiyasını tələb edib

Türkiyə hökuməti ABŞ-dən ölümlə nəticələnən qəza törətdikdən sonra Amerikaya qaçan azyaşlı və onun anasının ekstradisiyasını tələb edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc yerli telekanallara açıqlamasında bildirib.

“Hadisə İstanbulun Eyüpsultan səmtində baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Müəyyən edilib ki, 18 yaşı tamam olmamış sürücü anası ilə birlikdə əvvəlcə Misirə, oradan da ABŞ-yə gediblər və Amerikada gizlənirlər. Cinayət işi başladılıb, diplomatik kanallar və İnterpol vasitəsilə araşdırmalar aparılıb. Ümid edirik ki, ABŞ ekstradisiya tələbimizə müsbət cavab verəcək”, - nazir deyib.

O əlavə edib ki, artıq ABŞ-dən bəzi əlavə sənədlər tələb edən cavab məktubu gəlib.

Bundan başqa, istintaq zamanı bir neçə nəfər, o cümlədən ana və oğlunu hava limanına aparan sürücü saxlanılıb. Qəzaya səbəb olan şəxsin atasının tutulması barədə də qərar var.