Macarıstan energetika sahəsində sınaqdan keçmiş tərəfdaşları ilə əlaqələri davam etdirəcək

Macarıstan energetika sahəsində sınaqdan keçmiş tərəfdaşları ilə əlaqələri davam etdirəcək

Macarıstan üçüncü ölkələrin siyasi təzyiqi altında energetika sektorunda köhnə, özünü sübut etmiş, sınaqdan keçmiş tərəfdaşlarla əməkdaşlıqdan imtina etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Balkan Forumunun iştirakçıları qarşısında çıxışı zamanı bildirib.

Panel müzakirələri zamanı Macarıstanın energetika sahəsində Rusiya ilə əməkdaşlığı məhdudlaşdırıb-məhdudlaşdırmayacağı ilə bağlı sualı cavablandırarkən o, diversifikasiyanın əvvəlki qarşılıqlı faydalı sazişlərdən imtina etmək anlamına gəlmədiyini söyləyib. Macarıstan XİN başçısı qeyd edib ki, ölkə hökuməti mövcud qaz alqısı müqavilələrindən həm qiymət, həm də onların etibarlılığı və proqnozlaşdırıla bilinən olması baxımından razıdır.

Onun sözlərinə görə, Macarıstanı onlardan əl çəkməyə məcbur etmək cəhdləri heç bir nəticə verməyəcək: “Kimliyindən asılı olmayaraq, heç kimin siyasi və ideoloji istəklərinə uyğun olaraq ölkəmizə tədarükün təhlükəsizliyini heç bir şəkildə təhlükəyə atmayacağıq”.

O xatırladıb ki, ölkəsi neft və qaz mənbələrinin və tədarük marşrutlarının şaxələndirilməsinə sadiqdir, lakin onların genişləndirilməsi üçün Qərbi Balkan və cənub-şərqi Avropa regionunda da müvafiq infrastruktur yaradılmalıdır. "Orada çəkilən boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması tələb olunur. Buna görə də hökumət mövcud təchizatçılara və tranzit marşrutlarına arxalanmağa məcburdur”, - nazir fikrini izah edib.