Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qəza olub, xəsarət alanlar var 

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qəza olub, xəsarət alanlar var 

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda xəsarətlə nəticələnən yol qəza olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə sözügedən yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhəri sakinləri, 1981-ci il təvəllüdlü Bəhruz Allahverdiyev və 1988-ci il təvəllüdlü Cavid Quliyev müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.