Binəli Yıldırım: Orta dəhliz TDT-nin daimi və imtinaedilməz gündəm maddəsidir

Binəli Yıldırım: Orta dəhliz TDT-nin daimi və imtinaedilməz gündəm maddəsidir

Orta dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) daimi və imtinaedilməz gündəm maddəsidir.

“Birxeber.Az” xəbər verir ki, bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “X”də yazıb.

O bildirib ki, qərblə şərqi bir-birinə bağlayan bu dəhlizin rəqabətçi bir beynəlxalq nəqliyyat xəttinə çevrilməsi həyati əhəmiyyət daşıyır: “Rusiya-Ukrayna müharibəsi bu dəhlizin başda Avropa olmaqla bütün dünya üçün nə qədər strateji olduğunu göstərdi”.

B.Yıldırım qeyd edib ki, TDT qardaşlıq əlaqələrinin güclənməsinə, liderlər arasında etimadın artmasına, qurumlar arasında əməkdaşlığa töhfə verib: “Bu, çox əhəmiyyətli qazancdır”.

Şura sədrinin sözlərinə görə, türk dövlətləri arasında təsis edilən rifah və sabitlik regiondakı sabitliyə də töhdə verir: “Avrasiya regionunda böyük güclər arasındakı rəqabətin mənfi təsirlərinin türk dövləltərinə minimum olacağına, bu coğrafiyanın dünya ticarəti və enerji təminatı üçün açar rol oynayacağına inamım tamdır. Bunun üçün səylərimizi artırmalı və TDT daxilində əməkdaşlığın güclənməsinə çalışmalıyıq”.