Silva Stipiç Kobal: "Azərbaycanda Xorvatiyanın 14 aparıcı şirkəti qeydiyyatdan keçib"

Silva Stipiç Kobal: "Azərbaycanda Xorvatiyanın 14 aparıcı şirkəti qeydiyyatdan keçib"

Azərbaycanda Xorvatiyanın 14 böyük şirkəti qeydiyyatdan keçib və hazırda onlardan 9-u enerji, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu Xorvatiya İqtisadiyyat Palatasının Biznesin Beynəlmiləlləşməsi Mərkəzinin direktoru Silva Stipiç Kobal bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda deyib.

O bildirib ki, 2017-ci illə müqayisədə iki ölkə arasıda ticarət dövriyyəsi 4 dəfə artıb: "Hazırda Xorvatiya şirkətləri Azərbaycanda IT, enerji, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərir".