Azərbaycan Premyer Liqasında XX turun oyunlarına təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasında XX turun oyunlarına təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasında XX turun oyunlarına təyinatlar açıqlanıb.

“Birxeber.Az” xəbər verir ki, yanvarın 26-28-də keçiriləcək matçları idarə edəcək hakimlər müəyyənləşib.

Turun ən diqqətçəkən görüşü sayılan “Zirə” – “Sabah” qarşılaşması Rauf Cabarova həvalə edilib.

Azərbaycan Premyer Liqası
XX tur

26 yanvar (cümə)
15:00. “Turan Tovuz” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu

27 yanvar (şənbə)
15:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu

28 yanvar (bazar)
15:00. “Araz-Naxçıvan” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”

17:30. “Neftçi”– “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi Arena”