Səfir: "Xorvatiya ilə ticari əməkdaşlıqda əsas yeri Azərbaycan filizi tutur"

Səfir: "Xorvatiya ilə ticari əməkdaşlıqda əsas yeri Azərbaycan filizi tutur"

Xorvatiya ilə Azərbaycan arasında kifayət qədər böyük ticarət mübadiləsi mövcuddur və bunun böyük hissəsi Azərbaycan filizinin idxalı ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç Azərbaycan-Xorvatiya biznes forumunda deyib.

O bildirib ki, İki ölkə arasında iqtisadiyyatın bir çox sahələri üzrə əməkdaşlıq arzulanan səviyyədə deyil: "Biz ticarət mübadiləsini, ümumilikdə iqtisadi əməkdaşlığı şaxələndirməliyik".