Türk Mədəniyyəti və İrsi Fondu Avrasiya Yazıçılar Birliyi ilə anlaşma memorandumu imzalayıb

Türk Mədəniyyəti və İrsi Fondu Avrasiya Yazıçılar Birliyi ilə anlaşma memorandumu imzalayıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Avrasiya Yazıçılar Birliyi arasında anlaşma memorandumu imzalanıb.

Fonddan "Report"a verilən məlumata görə, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Avrasiya Yazıçılar Birliyinin sədri Yakup Ömeroğlu imzalayıblar.

Memorandum qarşılıqlı əməkdaşlıq çərçivəsində müxtəlif mədəni tədbirlərin və layihələrin həyata keçirilməsi, o cümlədən kitabların nəşri, seminarların təşkili, türk dünyasının böyük şəxsiyyətlərinin, yazıçılarının yubileylərinin qeyd olunması məsələlərini və türkologiya sahəsində əməkdaşlığı ehtiva edir.