Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

Tbilisidə Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov arasında keçən görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Report"un yerli bürosu xəbər verir ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq illik plana uyğun olaraq intensiv şəkildə həyata keçirilir. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə diqqət çəkilib. İrakli Çikovaninin sözlərinə görə, Gürcüstan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək.

Qeyd edilib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır.