Rusiya millisinin sabiq qapıçısı “Qarabağ”ın futbolçusunu əsas heyət uğrunda mübarizədə favorit sayır

Rusiya millisinin sabiq qapıçısı “Qarabağ”ın futbolçusunu əsas heyət uğrunda mübarizədə favorit sayır

“Zenit”in sabiq futbolçusu Vyaçeslav Malafeyev “Qarabağ”ın qapıçısı Andrey Lunyovu Rusiya millisində əsas heyət uğrunda mübarizədə favorit hesab edir.

“Birxeber.Az” xəbər verir ki, 45 yaşlı mütəxəssis qarşıdakı yoldaşlıq görüşlərində yığmanın "çərçivə"sini Lunyovun qoruyacağını düşünür.

Millinin keçmiş qapıçısı yerli mətbuata açıqlamasında bunu oyun praktikası və beynəlxalq təcrübə ilə əsaslandırıb: “Rusiya Premyer Liqasında uzun fasilə var idi. Buna görə də qapıçıların millinin oyunlarında necə görünəcəklərini zaman göstərəcək. Bacarıq və təcrübə baxımından hər şey olduqca təbii görünür. Çağırılan 3 qapıçı arasında milli üçün ilk seçim məlumdurmu? Təcrübə və yenə də beynəlxalq arenada oynamağı nəzərə alsaq, Lunyovun üstünlüyü var”.

Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya, 25-də isə Paraqvayla yoldaşlıq görüşündə üz-üzə gələcək. Lunyovla yanaşı, yerli çempionatda çıxış edən Matvey Safonov (“Krasnodar”) və Aleksandr Maksimenko (“Spartak”, Moskva) da yığmaya dəvət ediliblər.