Qazaxıstanda "Heydər Əliyev və gənclər siyasəti" mövzusunda beynəlxalq konfrans keçirilib

Qazaxıstanda "Heydər Əliyev və gənclər siyasəti" mövzusunda beynəlxalq konfrans keçirilib

Qazaxıstanın Almatı şəhərində "Heydər Əliyev və gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, konfrans Azərbaycanın Qazaxıstan Səfirliyinin Almatı şəhərindəki nümayəndəliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi və Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Qazaxıstan Milli Kitabxanasında baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən fotosərgi təşkil edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Qazaxıstan münasibətlərinin möhkəmləndirilməsində xidmətlərindən bəhs edən film nümayiş etdirilib. Konfransda Qazaxıstanın böyük mütəfəkkiri Oljas Süleymenovun videomüraciəti səslənib.

Konfransda Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Konfransda daha sonra diaspor fəalları, Qazaxıstandan olan professorlar, gənclər çıxış edib.