Müşahidə Şurasının üzvü "Unibank”dan ayrılıb

Müşahidə Şurasının üzvü "Unibank”dan ayrılıb

"Unibank” ASC-nin Müşahidə Şurasının (MŞ) üzvü bankdan ayrılıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Elxan Qəribli bankın Müşahidə Şurasının üzvlüyündən ayrılıb.

Bununla da bankın Müşahidə Şurasının tərkibi sədr- Eldar Qəribovla birlikdə 4 nəfərdən ibarət olub.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - "Mbank" və "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 138,2 milyon manatdır. Bankın səhmlərinin 94,07%-i MŞ-nin sədri Eldar Qəribova, digər hissəsi isə 6 fiziki şəxsə aiddir.