Azərbaycan Xorvatiya şirkətlərini Qarabağda fəaliyyət göstərməyə dəvət edib

Azərbaycan Xorvatiya şirkətlərini Qarabağda fəaliyyət göstərməyə dəvət edib

Xorvatiya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməsi üçün böyük potensial var və onlar ölkəmizə dəvət edilib.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda deyib.

O bildirib ki, son illər Azərbaycan və Xorvatiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf edir: "Statistik göstəricilərə nəzər yetirdikdə iki ölkə arasında ticarət əməliyyatlarının əvvəlki ilə nisbətən artdığını görərik. Bu artım cari ilin yanvar ayında özünü daha aydın göstərib. Lakin bunu daha da artırmaq və inkişaf etdirmək üçün böyük potensialımız var. Hesab edirik ki, hökumət və özəl sektor qarşıdakı məqsədlərə çatmaq üçün çiyin-çiyinə çalışmalıdır".