Azərbaycanda vergi işçilərinə verilən mükafatların sayı artırılır

Azərbaycanda vergi işçilərinə verilən mükafatların sayı artırılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanlarının vəzifəli şəxslərinə verilən mükafatların sayı 6-dan 8-ə çatdırılacaq.

"Report"un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklə bağlı qanun layihəsində əksini tapıb.

Yenilənəcək əsasnaməyə əsasən, xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə görə vəzifəli şəxslər “fəxri vergi orqanı işçisi” adı və “döş nişanı” ilə təltif ediləcəklər.