Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək

Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək

Martın 13-dən 16-dək Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək.

Federasiyadan "Report"a verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda qızlar, oğlanlar, qadınlar və kişilər arasında stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qaliblər bəlli olacaq.

Yarışlarda Bakıda fəaliyyət göstərən idman cəmiyyətləri, klubları və məktəbləri iştirak edəcək.

Kubokun qarışıq komanda yarışları 14 mart, fərdi yarışları isə 15-16 mart tarixlərində baş tutacaq.