Xorvatiyada Azərbaycan mədəniyyət günləri keçiriləcək

Xorvatiyada Azərbaycan mədəniyyət günləri keçiriləcək

Gələn il Xorvatiyada Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda bildirib.

Onun sözlərinə görə, bu, iki ölkə arasında Hökumətlərarası Komissiyanın 2025-ci ildə Xorvatiyada keçiriləcək növbəti iclası çərçivəsində baş tutacaq.

"Xorvatiya ilə Azərbaycan arasında əlaqələr təkcə iqtisadi sahə ilə məhdudlaşmır. Biz həm də iki ölkə xalqlarının yaxınlaşması və inteqrasiyası üçün mədəni-humanitar əlaqələri inkişaf etdirmək istəyirik. İnanıram ki, bu biznes forum iki ölkənin özəl sektorları arasında yeni layihələrin və proqramların reallaşdırılması baxımından tarixi əhəmiyyət kəsb edəcək", - deyə nazir müavini əlavə edib.