Moskva Hərbi Dairəsinin prokurorluğu yenidən yaradılıb

Moskva Hərbi Dairəsinin prokurorluğu yenidən yaradılıb

Moskva Hərbi Dairəsinin prokurorluğu yenidən yaradılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində Andrey Kaşkovskinin Moskva Hərbi Dairəsinin hərbi prokuroru vəzifəsini icra etdiyi qeyd olunub.

Qeyd edək ki, Rusiyada Moskva və Leninqrad hərbi dairələri yenidən yaradılıb. Bu barədə prezident Vladimir Putin fərman imzalayıb.

Leninqrad və Moskva hərbi dairələri 2010-cu ilin sentyabrına qədər mövcud olub. Belə ki, həmin ildə o vaxtkı prezident Dmitri Medvedev Leninqrad və Moskva hərbi dairələrinin Qərb Hərbi Dairəsinə daxil olmaları barədə fərman imzalayıb və ölkə ərazisində hərbi dairələrin ümumi sayı altıdan dördə endirilib. Yenidən yaradılan Leninqrad hərbi dairəsinə Sankt-Peterburq və Leninqrad vilayəti, Kareliya, Komi, Nenets Muxtar Dairəsi, həmçinin Arxangelsk, Voloqda, Kalininqrad, Murmansk, Novqorod və Pskov vilayətləri, Moskva hərbi dairəsinə isə paytaxt və Moskva vilayəti, Belqorod, Bryansk, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kostroma, Kursk, Lipetsk, Nijni Novqorod, Orel, Ryazan, Smolensk, Tambov, Tver, Tula, Yaroslavl vilayətləri daxil edilib.