Gömrük xətti ilə büdcə daxilolmaları 5% azalıb

Gömrük xətti ilə büdcə daxilolmaları 5% azalıb

Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 959,342 milyon manat təşkil edib.

"Birxeber.Az-Economics" DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.9% azdır.

2023-cü ilin yanvar-fevral aylarında bu rəqəm 1 milyard 8.9 milyon manat təşkil edib.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 11.5% artaraq 269,753 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 10.9% azalaraq 649,103 milyon manat, aksizlər üzrə daxilolmalar 13.5% artaraq 33,779 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 23.7% azalaraq 6,709 milyon manat olub.