Vladimir Putinin əmisi oğlu 91 yaşında vəfat edib

Vladimir Putinin əmisi oğlu 91 yaşında vəfat edib

Rusiya Prezidenti Vladimir Putinin əmisi oğlu Yevgeni Putin 91 yaşında vəfat edib.

“Report” xəbər verir ki, məlumatı “IvanovoNews” yayıb.

Bildirilib ki, o, uzun müddət İvanovoda uroloq-həkim işləyib. Bir müddət sonra Suzdal şəhərinə, oğlunun yanına köçüb.

Bu ilin fevralında Yevgeni Putinin 91 yaşı tamam olub.