“Araz-Naxçıvan”ın zədəli futbolçularının son durumu açıqlanıb

“Araz-Naxçıvan”ın zədəli futbolçularının son durumu açıqlanıb

“Araz-Naxçıvan”ın zədəli futbolçularının son durumu açıqlanıb.

“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komandanın bu gün Bakı Olimpiya Stadionunda keçirilən məşqində İsmail Azzaui, İqor Ribeyro və Orxan Əliyev, eləcə də “Qarabağ”la XIX turun matçında sarı vərəqə alaraq cəzalı duruma düşən Abdulla Rzayev yer almayıblar.

Onlardan Azzauinin növbəti turda “Sumqayıt”la baş tutacaq qarşılaşmanı buraxacağı dəqiqdir. Əliyev və Ribeyro həkim nəzarəti altında müalicələrini davam etdirirlər. Onların qarşıdakı görüşdə iştirakları sual altındadır.

Qeyd edək ki, yanvarın 28-də “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu saat 15:00-da başlayacaq.