İspaniyada miqrant qayığı çevrilib, 2 nəfər ölüb

İspaniyada miqrant qayığı çevrilib, 2 nəfər ölüb

Kanar adalarına getmək məqsədilə Qərbi Afrikadan yola düşən miqrant qayığının çevrilməsi nəticəsində 2 nəfər ölüb.

Birxeber.Az “Associated Press”ə istinadən xəbər verir ki, məlumatı İspaniyanın Dəniz Xilasetmə Xidməti yayıb.

Daha 38 nəfərin isə xilas edildiyi bildirilib. Xilas edilənlərdən 4 nəfərin helikopterlə xəstəxanaya, 34 nəfərin isə qayıqla Arguineguin limanına aparıldığı qeyd olunub. Sağ qalanlar arasında yeddi qadın olduğu bildirilib.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, cari ilin ilk iki ayı ərzində Qərbi Afrikada yoxsulluq, münaqişə və qeyri-sabitlikdən qaçan 12 minə yaxın miqrant Kanar adalarına gəlib ki, bu da ötən illə müqayisədə altı dəfə çoxdur.

Lamiyə Şirinova