Elektrik sayğaclarının mənzillər və evlərdə quraşdırılması qaydası dəyişdi

Elektrik sayğaclarının mənzillər və evlərdə quraşdırılması qaydası dəyişdi

Elektrik sayğaclarının həyət evlərində quraşdırılması qaydası müəyyənləşib, sayğacların mənzillərdə quraşdırılması qaydası dəyişib.

Birxeber Birxeber-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq dəyişiklik edib.

İndiyə qədər istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilərdi. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalı idi. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalı idi.

Dəyişikliyə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.

Birxeber
Sosial Sosial
Hacı Şahin Həsənli Ayın görünməsilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ - VİDEO

Hacı Şahin Həsənli Ayın görünməsilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ - VİDEO

Sosial Sosial
Sabunçu dairəsi hər səhər niyə bağlanır? - DYP-dən açıqlama

Sabunçu dairəsi hər səhər niyə bağlanır? - DYP-dən açıqlama

Sosial Sosial
Bakının bu rayonunda binalar sökülür - FOTO

Bakının bu rayonunda binalar sökülür - FOTO

Sosial Sosial
"Bravo"nun adından saxta mesajlar yayılır

"Bravo"nun adından saxta mesajlar yayılır

Sosial Sosial
Bütün sosial yardımlar bu tarixdə ödəniləcək

Bütün sosial yardımlar bu tarixdə ödəniləcək

Sosial Sosial
Əhaliyə ŞAD XƏBƏR - Azərbaycanda pensiya yaşı azladıla bilər - VİDEO

Əhaliyə ŞAD XƏBƏR - Azərbaycanda pensiya yaşı azladıla bilər - VİDEO

Sosial Sosial
Sülh küçəsinin təmiri yekunlaşıb - FOTO

Sülh küçəsinin təmiri yekunlaşıb - FOTO

Sosial Sosial
Bakının bu iki qəsəbəsində su kəsiləcək

Bakının bu iki qəsəbəsində su kəsiləcək

Sosial Sosial
Fərid Qayıbov pandemiya vaxtı xəstəxanaya çevrilmiş komplekslə tanış oldu

Fərid Qayıbov pandemiya vaxtı xəstəxanaya çevrilmiş komplekslə tanış oldu

Sosial Sosial
Sumqayıtda zavodda baş verən yanğın ərzaq qıtlığı yarada bilər? - FOTO

Sumqayıtda zavodda baş verən yanğın ərzaq qıtlığı yarada bilər? - FOTO

Sosial Sosial
Deputat Mərkəzi Bankın yeni sədrindən DANIŞDI: "Təcrübəli işçilər çıxarılmasa yaxşı olar"

Deputat Mərkəzi Bankın yeni sədrindən DANIŞDI: "Təcrübəli işçilər çıxarılmasa yaxşı olar"

Sosial Sosial
TƏBİB bir neçə xəstəxanada nöqsan aşkarladı

TƏBİB bir neçə xəstəxanada nöqsan aşkarladı