"Yelo Bank"da Qadınlar Günü möhtəşəm konsertlə qeyd edilib

"Yelo Bank"da Qadınlar Günü möhtəşəm konsertlə qeyd edilib

8 Mart - Beynəlxalq Qadınlar Günü Yelo Bank-da özünəməxsus şəkildə qeyd edilib. Bank artıq ənənə halını almış növbəti möhtəşəm musiqili axşama ev sahibliyi edib. Bankın Baş ofis binasının tədbir zalında tanınmış pianist İsfar Sarabski ilə ölkəmizi Avroviziya-2008 müsabiqəsində təmsil etmiş Elnur Hüseynovun “Ejazzkar” adlı konserti keçirilib. Onlar birlikdə unudulmaz ab-hava yaradaraq təkrarolunmaz performansları ilə qonaqları valeh ediblər. Konsertdə İsfarın solo ifası və onun müşahidəsi ilə Elnurun yerli və dünya musiqilərinə verdiyi yeni nəfəs gurultulu alqışlarla qarşılanıb. Tədbir "Yelo Bank" və "Cult Baku Club" platformasının birgə təşkilatçılığı ilə keçirilib.

"Yelo Bank" korporativ mədəniyyətə hər zaman innovativ yanaşır. Baş ofisin 400 nəfərlik tədbir zalında bundan öncə də mötəbər tədbirlər təşkil edilib. Burada xalq artisti Fidan Hacıyeva və onun qadınlardan ibarət ilk kamera orkestri 'Mezzo", əməkdar artist Şahin Növrəsli və onun triosu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orkestri musiqili proqramla çıxış ediblər. Bu cür tədbirlərin keçirilməsi yerli və beynəlxalq mədəni irsin təbliğinə dəstək verir. Bank gələcəkdə də incəsənət tədbirlərinin keçirilməsinə sadiq qalacaq.

"Yelo Bank"dan onlayn kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və yaxud Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!