Rusiya sərhədçilərinin İrəvan hava limanında işini dayandırması barədə bildiriş alıb

Rusiya sərhədçilərinin İrəvan hava limanında işini dayandırması barədə bildiriş alıb

Rusiya Federasiyası Ermənistandan Rusiya sərhədçilərinin İrəvan hava limanında işini dayandırması barədə bildiriş alıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva İrəvandan Rusiya sərhədçilərinin Zvartnots hava limanında işini dayandırması barədə qurum bildirişi alıb.

"Həqiqətən də bununla bağlı qurum məktubu daxil olub və hazırda qurumların xətti ilə təmaslar həyata keçirilir. İndi daha çox deyə bilmirəm. Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək", - Kremlin sözçüsü vurğulayıb.