"Bayer" - "Qarabağ" matçının hakimləri bəlli oldu

"Bayer" - "Qarabağ" matçının hakimləri bəlli oldu

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Almaniyada keçiriləcək "Bayer" - "Qarabağ" matçının hakimləri bəlli olub.

Apasport.az xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Entoni Teylora Qari Besvik və Adam Nunn kömək edəcəklər. Endryu Madli isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Jarred Gavan Gillett əyləşəcək.

Qeyd edək ki, "Bay Arena"da baş tutacaq qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.