Paşinyan: Ermənistan ilin sonuna kimi KTMT-ni tərk edə bilər

Paşinyan: Ermənistan ilin sonuna kimi KTMT-ni tərk edə bilər

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub və görüşlərdə iştirak etmir.

“Birxeber.Az” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

"Hüquqi məsələləri hüquqi proseslərlə qarışdırmaq lazım deyil. İndi İrəvan yalnız bir sual barədə düşünür: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”, - hökumət başçısı söyləyib.

N.Paşinya Ermənistanın KTMT-dən konkret olaraq nə vaxt çıxacağını açıqlamayıb. Bununla belə, o, bunun yeni ilədək ola biləcəyini istisna etməyib.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb.

Qeyd edək ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər.