Access Bank bu il iki filial açmağı planlaşdırır

Access Bank bu il iki filial açmağı planlaşdırır

AccessBank cari ildə region mərkəzlərinə xüsusi diqqət yetirməklə filial şəbəkəsini genişləndirmək planlarını açıqlayıb.

APA-Economics” xəbər verir ki, bunu AccessBank-ın İdarə Heyətinin üzvü, korporativ, kiçik və orta sahibkarlıq və pərakəndə bankçılıq üzrə icraçı direktoru İlkin Quliyev deyib.

Onun sözlərinə görə, bank bütün ölkə üzrə biznes mühitinin dəstəklənməsi strategiyası çərçivəsində bank xidmətlərinin məhdud olduğu regionlarda mövcudluğunu dərinləşdirməyi qarşısına məqsəd qoyub.

"Əsas məqsədimiz regionlara xüsusi önəm verilməklə, bütün ölkə üzrə biznes mühitini dəstəkləmək və inkişaf etdirməkdir. Bu il bank ən azı iki yeni filial açmağı planlaşdırır, onların yer seçimi hərtərəfli təhlil əsasında aparılacaq”, - deyə o vurğulayıb.