KİV: Vardanyanın həyat yoldaşının İrəvandakı restoranı satılıb

KİV: Vardanyanın həyat yoldaşının İrəvandakı restoranı satılıb

Qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” vəzifəsində çalışmış, Bakıya gətirilərək həbs edilən Ermənistan vətəndaşı Ruben Vardanyanın həyat yoldaşına məxsus İrəvandakı “Kaktus”restoran satılıb.

APA xəbər verir ki, bu barədə yerli “Past” nəşri mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edib ki, Vardanyanın həyat yoldaşı Veronika Zonabendə məxsus biznes – “Kaktus” restoranını iş adamı Narek Nalbandyan alıb.

Nalbandyan restoranın yerində supermarket açmağı planlaşdırır.