Rusiyanın Voronej vilayətində raket təhlükəsi elan edilib

Rusiyanın Voronej vilayətində raket təhlükəsi elan edilib

Rusiyanın Voronej vilayətində raket təhlükəsi elan edilib.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev bildirib.

Raket təhlükəsi ilə əlaqədar region mərkəzində həyəcan siqnalı verilib.

Qeyd edək ki, ötən gecədən başlayaraq Rusiya ərazisinə Ukrayna tərəfindən raket və dron hücumu intensivləşib. Hətta Ukrayna qoşunlarından ibarət kiçik qrupların Belqorod və Kursk vilayətlərinin sərhəd ərazilərində yerləşən kəndlərə daxil olmasına dair məlumatlar yayılıb.