İlqar Fəhmi: “Mətbuata ədəbiyyatın təsiri çox güclüdür”

İlqar Fəhmi: “Mətbuata ədəbiyyatın təsiri çox güclüdür”

Birxeber.Az Media Məktəbinin tələbələri ilə görüşən şair-yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi ədəbiyyatın mətbuata təsirindən danışıb.

“Mətbuata ədəbiyyatın təsiri çox güclüdür. Jurnalistikanın dünya miqyasında yaranmasında və yayılmasında ədəbiyyat adamlarının rolu böyük olub. Ədəbiyyat günümüzdə daha çox müəllimlik funksiyası daşıyır. Bir var çoxluq qarşısına çıxırsan, bir də var çoxluq qarşısına çıxana dəstək olursan. Bir növ təlimçi rolunda çıxış edirsən. Bu gün çoxluq qarşısına məhz media çıxır. İnsanların bədii zövqünü, düşüncəsini və hissiyyatını formalaşdırır” - İ.Fəhmi bildirib.

Yazıçı müasir Bakı haqqında fikirlərini də görüş iştirakçıları ilə bölüşüb:

“Bakı tarixindən kollaj” əsərində mən Bakıdan uzaq olduğumu qeyd etmişdim. Bu gün bəlkə daha da uzağam. Hər bir insanın bir dövrü olur ki, ona əziz və qiymətli görünür. Bu da yeniyetməlik çağıdır.

Hətta uzaq Sovet dönəmində yaşı 60-dan yuxarı olan elə şəxslər vardı ki, yeniyetməliyi müharibə zamanına düşsə belə o dövrü xoş sözlə xatırlayırdı. Hətta İkinci Dünya Müharibəsinin ağır illəri belə buna mane olmurdu. Hər bir insan üçün onun yeniyetməliyi qızıl dövrdür. “Bakıdan çox uzağam” deməklə əslində mən bu yeniyetməliyə təsadüf edən xatirələrin qiymətli olduğunu ifadə etmişəm. Pis şeylər olsa belə, o zamandan yalnız gözəl xatirə qalır. Əslində mənim beynimdəki Bakı ilə real Bakı arasında ciddi fərq var”.

İlqar Fəhmi (Paşayev) 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarus Dövlət İqtisad Universitetini (BDİU) bitirib.

1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. 20-dən artıq kitabı dərc edilib. “Akvarium”, “Aqvalanq”, “Bakı tarixindən kollaj”, “Nostalji”, “Son reportaj” əsərləri ilə tanınıb. Ssenari müəllifi olduğu “Dərvişin qeydləri”, “Aktrisa” kimi filmləri populyarlıq qazanıb.

Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi vəzifəsində çalışır. 2014-cü ildən Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktorudur.

Ədəbiyyat Ədəbiyyat
Ankarada Anarın 85 illiyi keçirilib

Ankarada Anarın 85 illiyi keçirilib

Ədəbiyyat Ədəbiyyat
Yazıçı Əlabbasın yeni kitabı çap olunub

Yazıçı Əlabbasın yeni kitabı çap olunub

Ədəbiyyat Ədəbiyyat
Azərbaycan Yazıçılar Birliyinin üzvü 84 yaşında vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü 84 yaşında vəfat edib

Ədəbiyyat Ədəbiyyat
Yaponiyada Nobel mükafatı laureatı vəfat edib

Yaponiyada Nobel mükafatı laureatı vəfat edib

Ədəbiyyat Ədəbiyyat
Bakıda anadan olmuş rusiyalı yazıçı koronavirusdan vəfat edib

Bakıda anadan olmuş rusiyalı yazıçı koronavirusdan vəfat edib

Ədəbiyyat Ədəbiyyat
Güney Azərbaycanın tanınmış yazıçı və tədqiqatçısı vəfat edib

Güney Azərbaycanın tanınmış yazıçı və tədqiqatçısı vəfat edib

Ədəbiyyat Ədəbiyyat
Amerikalı yazıçı Tomas Qolts vəfat edib

Amerikalı yazıçı Tomas Qolts vəfat edib

Ədəbiyyat Ədəbiyyat
Britaniya şahzadəsinin qalmaqallı avtobioqrafik əsəri bir gündə rekord sayda satılıb

Britaniya şahzadəsinin qalmaqallı avtobioqrafik əsəri bir gündə rekord sayda satılıb

Ədəbiyyat Ədəbiyyat
Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə vəfat edib

Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə vəfat edib

Ədəbiyyat Ədəbiyyat
Çingiz Abdullayev: "Azərbaycan yazıçılarının kitabları xarici ölkələrdə çox az satılır"

Çingiz Abdullayev: "Azərbaycan yazıçılarının kitabları xarici ölkələrdə çox az satılır"

Ədəbiyyat Ədəbiyyat
AYB-nin katibi: "Yazıçı kitab nəşrinə pul verməməlidir, o qonorar almalıdır"

AYB-nin katibi: "Yazıçı kitab nəşrinə pul verməməlidir, o qonorar almalıdır"

Ədəbiyyat Ədəbiyyat
Əlisa Nicat: "AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağıma görədir" - MÜSAHİBƏ

Əlisa Nicat: "AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağıma görədir" - MÜSAHİBƏ