Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası hazırlanacaq

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası hazırlanacaq

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası hazırlanacaq.

Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.