Britaniya səfiri ADNSU-da COP29-la bağlı müzakirələr aparıb

Britaniya səfiri ADNSU-da COP29-la bağlı müzakirələr aparıb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) COP29 ilə bağlı müzakirələr aparıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunan məlumatda deyilir.

“Bu gün səfir Ferqus Auld universitetin COP29 üzrə planlarını müzakirə etmək və universitetin “yaşıl strategiyası”nı nəzərdən keçirmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub”, - məlumatda bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək.