Cahit Bağçı: "Azərbaycan sərgi ölkəsinə çevrilib"

Cahit Bağçı: "Azərbaycan sərgi ölkəsinə çevrilib"

Azərbaycan sərgi ölkəsinə çevrilib.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanda ilk dəfə keçirilən Bakı Su Həftəsi çərçivəsində bildirib.

"Hər il Bakıda irimiqyaslı sərgilər keçirilir. Qlobal istiləşmə, suyun vacibliyi baxımından Azərbaycanda bu cür tədbirin keçirilməsini önəmli addım kimi dəyərləndiririk. Su dünyada strateji məhsula çevrilməkdədir. Ölkələr su qıtlığı çəkir. Həm Türkiyəyə, həm də Azərbaycana indi daha az su daxil olur. Yağışların miqdarına görə su azalıb. Ona görə də suyu daha keyfiyyətlə, ehtiyatla istifadə etməliyik. Su bizim üçün çox önəmlidir. Qida zənciri su ilə başlayır", - deyə o qeyd edib.

"Bu gün keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında modern suvarma sistemləri nümayiş etdirilir. Türkiyə həmişə olduğu kimi sərgidə Azərbaycandan sonra ən çox şirkətlə iştirak edən ölkədir",- deyə səfir əlavə edib.