Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib

Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib

Sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası bu il də artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Birxeber.Az-ya verilən xəbərə görə, 2024-cü ilin yanvar-fevral aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 1 milyard 456 milyon manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 156,8 milyon manat və ya 12,1 faiz çoxdur.

Qeyd edək ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib.