Devid Kameron Türkiyədə aktual regional və beynəlxalq məsələləri müzakirə edəcək

Devid Kameron Türkiyədə aktual regional və beynəlxalq məsələləri müzakirə edəcək

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron (David Cameron) Yaxın Şərq turnesi çərçivəsində 25-26 yanvarda Türkiyəyə səfərdə olacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı ikitərəfli münasibətlərin bütün aspektləri, o cümlədən aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, D.Kameron Türkiyədən sonra Qətərə gedəcək.