Ukrayna Rusiya ərazisinə ötən gecə 26 PUA ilə hücum edib

Ukrayna Rusiya ərazisinə ötən gecə 26 PUA ilə hücum edib

Ukrayna Rusiya ərazisinə ötən gecə 26 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukrayna dronlarının vurulduğu yerləri açıqlayıb. Belə ki, Moskva regionunda 2, Leninqrad vilayətində 1, Belqorod ərazisində 7, Kursk vilayətində 12, Bryanskda 1, Tula vilayətində 1, Orlov vilayətində 2 Ukrayna PUA-sı vurulub və ya ələ keçirlib.

Qeyd edək ki, Ukraynanən PUA hücumu nəticəsində Rusiyanın bir sıra vilayətlərində neft anbarlarında yanğın baş verib.