Novak Cokoviç dünya reytinqində 123-cü pillədə qərarlaşan tennisçiyə uduzub

Novak Cokoviç dünya reytinqində 123-cü pillədə qərarlaşan tennisçiyə uduzub

Serbiyalı tennisçi Novak Cokoviç ABŞ-də keçirilən İndian-Uells turnirində gözlənilmədən mübarizəni dayandırıb.

"Report" xəbər verir ki, dünyanın 1 nömrəli raketka ustası üçüncü turda italiyalı Luka Nardiyə uduzub.

Qarşılaşma Cokoviçun 1:2 (4:6, 6:3, 3:6) hesablı məğlubiyyəti ilə bitib.

Təcrübəli idmançı karyerasında ilk dəfə "Masters-1000" və "Böyük Dəbilqə" turnirlərində belə aşağı reytinqli tennisçiyə yenilib. Luka Nardi hazırda dünya reytinqində 123-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Novak Cokoviç 2008, 2011, 2014, 2015, 2016-cı illərdə İndian-Uells turnirinin qalibi olub.