"İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" auditor seçir

"İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" auditor seçir

İqtisadiyyat Nazirliyinə məxsus "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.

“Birxeber.Az” xəbər verir ki, sorğuda iştirak haqqı 14 manatdır.

İddiaçılar təkliflərini aprelin 2-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 139A ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 2-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.