Bakı-Qazax yolunda qəza olub, hərəkət məhdudlaşdırılıb - FOTO

Bakı-Qazax yolunda qəza olub, hərəkət məhdudlaşdırılıb - FOTO

Bakı-Qazax yolunda hərəkət nisbətən məhdudlaşdırılıb.

Birxeber.Az-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində məişət əşyaları daşıyan yük maşını TIR-la toqquşub.

Nəticədə avtomobildə olan yük yola dağılıb. Hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Aidiyyəti qurumların müdaxiləsi nəticəsində yolda hərəkət bərpa edilib.