Ukraynaya məxsus silahlı qrup Belqorod və Kursk vilayətlərinə hücum edib, döyüş gedir

Ukraynaya məxsus silahlı qrup Belqorod və Kursk vilayətlərinə hücum edib, döyüş gedir

Ukraynaya məxsus diversiya-kəşfiyyat qrupu Belqorod və Kursk vilayətlərinə keçməyə cəhd göstəriblər.

APA xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları yazıb.

Qeyd edilib ki, pikap avtomobillərində olan bir neçə silahlı qrup minaatan və artilleriya atəşinin dəstəyi ilə hücuma keçiblər. Hazırda ərazidə və Kursk vilayətinin Tetkino məntəqəsində atışma getdiyi vurğulanıb.

Hələlik rəsmi məlumat yoxdur.