Kriştianu Ronaldu klub karyerasında 750-ci qolunu vurub

Kriştianu Ronaldu klub karyerasında 750-ci qolunu vurub

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldu klub karyerasında 750-ci qolunu vurub.

“Birxeber.Az”un məlumatına görə, portuqaliyalı hücumçu yubiley qoluna Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisi “Əl-Əyn”lə görüşdə imza atıb.

118-ci dəqiqədə fərqlənən 39 yaşlı forvard cari mövsüm “Əl-Nəsr”in heyətində 35-ci qolunu vurub. O, ərəb klubundan əvvəl “Sportinq” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Real” (İspaniya) və “Yuventus”un (İtaliya) da formasını geyinib. Ronaldu Portuqaliya millisi də daxil olmaqla, peşəkar karyerasında rəqib qapılarından ümumilikdə 878 top keçirib.

Qeyd edək ki, “Əl-Nəsr” Asiya Çempionlar Liqasında mübarizəni dayandırıb. “Əl-Əyn”ə qarşı iki oyunun cəmində 4:4 (0:1, 4:3) hesabı qeydə alınıb və penaltilər seriyasında BƏƏ klubu dəqiq oynayıb.