Balakəndə qardaş bacısını bıçaqlayıb

Balakəndə qardaş bacısını bıçaqlayıb

Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya bıçaqla xəsarət yetirib.

"Birxeber.Az"un Şimal-qərb bürosunun məlumatına görə, qadın xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.