Avtomobilsiz "28 May" metrostansiyası və dəmiryolu vağzalının qarşısı - FOTOREPORTAJ

Avtomobilsiz "28 May" metrostansiyası və dəmiryolu vağzalının qarşısı - FOTOREPORTAJ

Bu gündən metronun "28 May" stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Belə ki, artıq şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırır.

Bildirilib ki, məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat habının yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır. Qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçiriləcək.

FOTO: Vüqar Xanlarov