Yermak və Sallivan Konqresin Kiyevə yardım paketini tezliklə təsdiqləməsinin vacibliyini müzakirə ediblər

Yermak və Sallivan Konqresin Kiyevə yardım paketini tezliklə təsdiqləməsinin vacibliyini müzakirə ediblər

Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Ermak və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna cəbhəsindəki mövcud vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yermak həmsöhbətinə Konqresin Nümayəndələr Palatasının Ukraynaya yardım paketinin tezliklə təsdiqlənməsinin vacibliyini qeyd edib.

Tərəflər həmçinin ukraynalı müdafiəçilərin cari ehtiyaclarını da müzakirə ediblər.